Amerika fond bazarında Dow Jones indeksi 0,24% - 17 985,77 bəndədək, S&P 500 0,11% - 2 097,45 bəndədək azalıb, NASDAQ 0,37% - 4 924,70 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,13% - 6 888,90 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,71% - 4 833,28 bəndədək, Almaniya DAX-ı isə 0,37% - 11 001,94 bəndədək bahalaşıb.Asiya fond bazarında Nikkei 225 indeksi 0,32% - 18 324,04 bəndədək, Hang Seng 0,19% - 24 832,08 bəndədək, Shanghai 0,76% - 3 246,91 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyası 0,40 dollar ucuzlaşaraq 1 207,20 dollara, gümüş isə 0,06 dollar bahalaşaraq 16,45 dollara satılıb.