Türkiyənin "Mavi axın" kəməri ilə Rusiyadan 3 milyard kubmetrlik qaz almaq təklifi “Qazprom” şirkəti tərəfindən rədd edilib. Lent.az “Reuters”ə istinadən xəbər verir ki, “Qazprom”un prezidenti Aleksey Miller Türkiyənin qaz almaqla bağlı niyyətini təmin edə bilməyəcəklərini bəyan edib.
Bildirilir ki, tərəflər 2 il əvvəl bu məsələ ilə bağlı razılaşma əldə edib. Rusiya tərəfi sonradan bildirib ki, türklərin istədikləri qazın 2 milyardını layihəsi planlaşdırılan “Türk axını” xətti vasitəsi ilə həyata keçirə bilərlər.