Bakının ən böyük bazarlarından birinin bağlanacağı iddialarına RƏSMİ CAVAB

Bakının ən böyük bazarlarından birinin bağlanacağı iddialarına  RƏSMİ CAVAB backend

“Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi” fəaliyyətini davam etdirir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir  və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.

“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində “8-ci km Ticarət Mərkəzi” MMC-nin ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.

Diaspora