Amerikalılar “fast food”ların bahalaşmasından şikayətləniblər

Amerikalılar “fast food”ların bahalaşmasından şikayətləniblər backend

ABŞ-ın “fast food” restoranlarında qiymətlər inflyasiya səbəbindən xeyli artıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Məlumatda qeyd edildiyi kimi, “Pizza Hut”, “Starbucks” və “McDonald's” kimi şəbəkələr qiymətləri artırıb. “McDonald's” isə 1-3 dollardan ucuz olan məhsulları menyudan çıxarıb.

ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, 2023-cü ilin oktyabr ayında "fast food" qiymətləri illik müqayisədə orta hesabla 6,2% artıb.

"McDonald's" 2023-cü ildə qiymətləri 10% artırmağı planlaşdırıb. Şirkətin son maliyyə hesabatından belə çıxır. Üstəlik, 2022-ci ildə şirkət artıq qiyməti 10% qaldırıb. Sosial şəbəkələrdə istifadəçilər qidaların baha olmasından şikayətlənirlər.

ABŞ vurğulayıb ki, inflyasiyanın azalmasına baxmayaraq, qiymətlərin əvvəlki səviyyələrinə qayıtması ehtimalı azdır. Xüsusilə, 2024-cü ildə Kaliforniyada fast food işçilərinin maaşlarının artması səbəbindən bahalaşma davam edə bilər.

QAZİLER.AZ

Diaspora