Aktau limanı ixracın qismən BTC marşrutuna yönəldilməsi hesabına neft aşırılmasını artırıb

Aktau limanı ixracın qismən BTC marşrutuna yönəldilməsi hesabına neft aşırılmasını artırıb backend

2023–cü ilin yanvar-oktyabr aylarında Aktau Dəniz Ticarət Limanı vasitəsilə yüklərin aşırılmasının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 3,8 milyon ton təşkil edib.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, Aktau limanı 162 min ton taxıl, 142 min ton metal, 52 min ton sementin daşınmasını təmin edib. Liman 3 milyon tondan çox neft emal edib ki, bu da ötənilki səviyyədən 54 faiz yüksəkdir. Artım Qazaxıstan neftinin ixracının Aktau limanı vasitəsilə qismən Bakı–Tbilisi–Ceyhan marşrutuna yönləndirilməsi hesabına baş verib.

Liman vasitəsilə iyirmi futluq ekvivalentdə (İFE) 19 mindən çox konteyner, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə İFE üzrə 13,5 mindən çox konteyner daşınıb.

Qeyd edək ki, Aktau dəniz limanı Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirir.

 

 

Diaspora