Çin büdcəsi sentyabr ayında 43,3 milyard dollar itirib

Çin büdcəsi sentyabr ayında 43,3 milyard dollar itirib backend

Çinin valyuta ehtiyatı azalmaqda davam edir. APA TV-nin məlumatına görə, açıqlama Çin Milli Bankından verilib.

Azalma 5 aydır davam edir. Təkcə sentyabr ayında Çin 43,3 milyard dollar itirib və hazırda ölkənin valyuta ehtiyatı 3,51 trilyon dollar təşkil edir.

Ölkənin qızıl ehtiyatında da itki müşahidə olunur. Ötən ay Çinin qızıl ehtiyatının dəyəri 600 milyon dollar azalaraq 61,2 milyarda enib.

"Məqsəd maliyyə bazarında stabilliyi qorumaq və yuanın dünyanın digər güclü valyutalarına nisbətini saxlamaqdır", - deyə Çin Milli Bankından bildirilib.

Çinin özəl banklarından birinin eksperti Li Tsilin isə məsələyə başqa tərəfdən yanaşıb. "Dünyada bir çox məhsulların qiymətinin aşağı düşməsi, həmçinin ucuz Çin mallarına tələbatın azalması ölkənin valyuta büdcəsindəki itkilərin yaranması üçün əlavə faktora çevrilib", - deyə o qeyd edib.
Diaspora