Moskvada azərbaycanlıların Rusiya neft sənayesinə verdiyi töhfələrə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO

Moskvada azərbaycanlıların Rusiya neft sənayesinə verdiyi töhfələrə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO backend

Azerbaycanlıların SSRİ və Rusiya neft sənayesinə verdiyi töhfələrə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

QAZILER.AZ. APA-ya istinaden xəbər verir ki, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində “Neft-qaz sənayesinin formalaşması və inkişafı - azərbaycanlı və rusiyalı alim və mütəxəssislərinin töhfəsi” adlı beynəlxalq elmi konfrans Rusiya Elmlər Akademiyasının neft, qaz və kömür yataqlarının geologiyası və işlənməsi problemləri üzrə Elmi Şurasının himayəsi, S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Azərbaycan Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və Moskva Azərbaycanlıların milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan və Rusiyanın müxtəlif regionlarından olan elm adamlarının SSRİ və Rusiyanın yanacaq-energetika kompleksinin inkişafına azərbaycanlı alim və mütəxəssislərin töhfəsi, Azərbaycanda və Rusiyada təhsil, səhiyyə, din və abadlıq sahələrində xeyriyyə layihələri həyata keçirmiş azərbaycanlı neft sənayeçiləri və xeyriyyəçiləri haqqında məruzələri dinlənilib.

Universitetin rektoru Yuri Panov azərbaycanlı mütəxəssislərin SSRİ neft sənayesinin fromalaşmasına və inkişafına verdiyi töhvələri qiymətləndirməyin çətin olduğunu söyləyib: “Çünki doğrudan da onların gördüyü işlər çox nəhəng olub. Biz, o dövrdə hamımız vahid ölkədə yaşamışıq. Ona görə də, həm azərbaycanlı, həm də rusiyalı mütəxəssislərin bu sahənin formalaşmasına və inkişafına verdiyi töhvələri bir-birindən ayırmaq çox çətindir. Sözsüz ki, həmin mütəxəssislər SSRİ ərazisində böyü geoloji kəşfiyyat dövründə ilk neft yataqlarını kəşf edənlərdir. Bu gün biz ayrı-ayrı ölkələrdə yaşamamıza baxmayaraq mütəxəsislər arasında əlaqələr kəsilməyib. Bu gün konfransın iştirakçılarının siyahısına nəzər yetirdikdə də, bunu görmək olar. Çoş şadam ki, bizim universitet mövcud olduğu 105 il ərzində hər zaman çoxmillətli olub və müxtəlif ölkələrdən olan tədqiqatçılar və alimlər üçün geoloji haba çevrilib. Bu günki konfrans bunu bir daha təsdiqləyir. Ümid edirəm ki, bugünki görüş ölkələrimizin neft və qaz sənayesi üzrə mütəxəssisləri arasında birgə tədqiqatların və təhsil layihələrinin əsasınını qoyacaq”.

Konfransın əsas təşkilatçısı Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov beynəlxalq elmi konfransın mövzusunun önəmindən danışıb. Bildirib ki, diaspor təşkilatı olaraq Azərbaycanın milli mədəni irsinin qorunması istiqamətində və müxtəlif sahələrdə tanınmış azərbaycanlılar haqqında məlumatların Rusiya auditoriyasına çatdırılması istiqamətində müxtəlif layihələr həyaya keçirir. Onun sözlərinə görə, bu günki elmi konfrans da məhz bu istiqamətdə atılmış addımdır: “Rusiyanın neft və qaz sənayesi üzrə gənc mütəxəssisləri Fərman Salmanov, Sabit Orucov və digər azərbaycanlı geoloq və elm adamlarının bu sahənin formalaşmasına və inkişafına verdiyi töhvələri bilməlidirlər, onlar barəsində ətraflı məlumatlara malik olmalıdırlar.

Konfransda çıxış edən Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun direktoru Ernest Zakirov neft-qaz sənayesinin inkişafına təsir edən nəhəng azərbaycanlı alimlərin adlarını çəkməyin vacib olduğunu söyləyib: “SSRİ “Qosplanı”nın sonuncu sədri, bakılı Nikolay Baybakov 50 il müxtəlif səviyyələrdə neft-qaz sənayesinə rəhbərlik edib. Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri olub. Bu görkəmli şəxsiyyət çox böyük və məhtəşəm təşkilatçı olub. Məhz onun nazir olduğu dövrdə çox böyük həcmdə qaz istehsalına nail olunub. Əlbəttə ki, bu siyahıda İsmayıl İbrahimov, Midhət Abbasov və akademik Azad Mirzəcanzadənin adlarını çəkməmək mümkün deyil. Azad Mirzəcanzadə super məhsuldar məktəb yaratmışdı. Bu gün bu məktəbin nə qədər tələbəsi olduğunu demək çətindir. Amma bu bir faktdır ki, neft-qaz senayesi üzrə dünyada mövcud olan bütün təşkilatlarda onun çoxlu tələbələri çalışır. Və təbii ki, Fərman Salmanov, hansı ki, Rusiyanın əksər neft-qaz seənayesi üzrə mütəxəssislərinə böyük təsir göstərib. Vaxtilə onun qərbi Sibirdə kəşft etdiyi neft yataqlarından vaxtı ilə “BP”, indi isə “Rosneft” nəhəng həcmdə neft hasil edir”.

Azərbaycanın Rusiyadakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Orxan Hacıyev səfir Polad Bülbüloğlunun konfrans iştirakçılarına təbrik məktubunu çatdırıb. Diplomat iki ölkə arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrdən danışaraq neft-qaz sənayesinin də bu əlaqələr içində mühüm mövqeyə malik olduğunu bildirib.

Rusiya Dövlət Dumasının deputatı, Nəzarət Komitəsinin sədr müavini Alla Polyakova çıxışında çoxillik Rusiya-Azərbaycan münasibətlərinin əsasında mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət prinsipinin dayandığını söyləyib: “Bu gün Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir. Münasibətlərin bu səviyyəyə çatmasında hər iki ölkə liderinin-Vladimir Putin və İlham Əliyevin xidmətləri böyükdür. Əlbəttə ki, iki ölkə arasında münasibətlərin əsasını Heydər Əliyev qoyub. Bu gün iki ölkəarasında siyasi təmaslar aktiv inkişaf edir və bu təmaslarda əsas açar faktoru iki dövlət başçısı arasında etibarlı dialoqun mövcudluğudur. Bütün sahələrdə olduğu kimi neft-qaz sənayesində də Rusiya ilə Azərbaycan arasınd əlaqələr inkişaf edir. Bu günki konfransın mövzusu da bu baxımdan çox önəmlidir. Biz yaxşı bilirik ki, qardaş Azərbaycan xalqı Böyük Vətən Müharibəsi dövründə ordunu neftlə təmin edib və faşizm üzərində ümumi qələbədə vacib rol oynayıb".

Konfrans universitetin Fərman Salmanov adına auditoriyasında neft və qazın geolosiyası, axtarışı, kəşfiyyatı və işlənilməsi mövzusunda plenar iclasla davam etdirilib.

Diaspora