2016-cı ilin I yarısında Bakı Fond Birjasında yeni informasiya sistemi tətbiq ediləcək.
Trend-in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov qiymətli kağızlar bazarı haqqında yeni qanunun təqdimatında deyib.Onun sözlərinə görə, sistem Azərbaycanın qiymətli kağızlar bazarında yeni hüquq çərçivələrinin işini təmin edəcək: "Hazırda bazarın arxitekturasının yelinməsi üzrə iş aparılır. Yaxın vaxtlarda bazarda yeni institutların olacağı da gözlənilir".