AUTOSTAT agentliyinin mütəxəssisləri 2023-cü ilin üçüncü rübünün nəticələrinə əsasən ən yaxşı qalıq dəyərinə malik olan dörd yaşlı krossoverləri müəyyən ediblər.
Beləliklə, “Hyundai Creta” birinci yerdədir. Modelin qalıq dəyər indeksi 159,1% təşkil edir. Bu o deməkdir ki, hazırda bu avtomobillərin sahibləri onları 4 il əvvəl (2019-cu ilin 3-cü rübündə) təzə alındıqları qiymətdən orta hesabla 1,5 dəfə baha sata bilərlər.
İkinci yeri Çin krossoveri “Chery Tiggo4” (158,8%) tutub. Üçüncü yerdə “Renault Duster” (157,4%) qərarlaşıb. Dördüncü yerdə, demək olar ki, nəzərə çarpan bir geriləmə ilə “Changan CS35 Plus” (157%) qərarlaşıb. İlk beşliyi Toyota “RAV4” (150,9%) tamamlayır.
Qeyd olunur ki, qalıq dəyərinin belə yüksək olmasına səbəb avtomobillərin qiymətlərinin artmasıdır.
QAZİLER.AZ