İran və Özbəkistan Özbəkistanda elektrik stansiyasının tikilməsi üzrə ilkin razılığa gəliblər.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
Onun sözlərinə görə, bu haqda özbəkistanlı həmkarı ilə danışıqlar aparılıb.
İranlı nazir deyib ki, bundan əlavə, iki ölkənin elektrik şəbəkəsinin birləşdirilməsi (Türkmənistan vasitəsi ilə) üzrə razılıq əldə olunub.
Mehrabian qeyd edib ki, bununla əlaqədar gələn həftə özbəkistanlı nazirin Tehrana səfəri nəzərdə tutulub. Həm Tehranda keçiriləcək elektrik enerjisi üzrə sərgidə iştirak edəcək, həm də razılaşmaların əldə olunması üzrə danışıqlar aparılacaq.
Mehrabian bildirib ki, İran və Özbəkistan prezidentlərinin iştirakı ilə keçirilən iclasda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, bank mübadilələrinin aparılması, elm, texnologiya, tranzit, elektrik enerjisi üzrə əməkdaşlığın olunması üzrə konstruktiv müzakirələr aparılıb.