Qazaxıstan Transxəzər beynəlxalq marşrutundan fəal istifadənin tərəfdarıdır

Qazaxıstan Transxəzər beynəlxalq marşrutundan fəal istifadənin tərəfdarıdır backend

Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha fəal istifadə etməyi təklif edir.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Çin-Avropa marşrutu üzrə konteyner daşımalarını daha da artırmaq üçün biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyi təklif edirik. Bu, yüklərin daşınma müddətini yarıya yaxın endirməyə imkan verəcək", - deyə Baş nazir qeyd edib.

Qazaxıstanın Baş naziri Çinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal şəkildə istifadə etməyə çağırıb.

 

 

 

 

Diaspora