İran Türkmənistan və Tacikistanla birgə ticarət palatası təsis edir

İran Türkmənistan və Tacikistanla birgə ticarət palatası təsis edir backend

İqtisadi əlaqələrin artırılması məqsədilə yaxın gələcəkdə İranla Türkmənistan və Tacikistan arasında müştərək ticarət palatası təsis olunacaq. Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu İranın Şimali Xorasan əyalətinin Kənd təsərrüfatı, mədənlər, sənaye və ticarət palatasının sədri Məhəmməd Səmədi deyib.

M.Səmədi qeyd edib ki, Şimali Xorasan əyalətinin Türkmənistanla 302 km müştərək sərhədi var. “Müştərək palatanın təşkili İranla Türkmənistan və Tacikistan arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirəcək”.

O bildirib ki, İran və Türkmənistan müştərək palatasının yaradılmasında məqsəd Türkmənistana ixrac həcminin artırılması, iş adamları üçün viza rejiminin sadələşdirilməsi və ticarət sahəsində işlərin sürətləndirilməsidir.

M.Səmədi deyib ki, Tacikistanla birgə palatanın yaradılması haqqında danışıqlar gələn həftə Tacikistana səfəri zamanı aparılacaq: "Müştərək palatanın təsis olunması Tacikistanla da iqtisadi əlaqələrin inkişafına kömək edəcək".
Diaspora