Bank Respublikada bir nəfər milyon manatı dollara dəyişdirib - AJİOTAJ

Bank Respublikada bir nəfər milyon manatı dollara dəyişdirib - AJİOTAJ backend

Bu gün valyutadəyişmə məntəqələrində və banklarda manatı dollara çevirənlərin böyük növbəsi olub. Oxucularımızdan birinin Qazilər saytına bildirdiyinə görə, Bank Respublikanın Neftçilər metrostansiyasına yaxın filialında dollar alanların uzun növbəsi olub. Oxucumuz bildirir ki, dollar alanların içində bir nəfər qara çantayla gəlibmiş. Çantanın ağzına kimi manatla doluymuş.

Həmin adamı növbəsiz kassaya yaxınlaşdırıblar və 100-lük manat paçkalarını verərək dollarlar alıb. Dollar bağlamaları paketlərdə həmin adama verilib. Hər paketdə 10 bağlama olmaqla 10-dan çox paket dollar bağlaması alan şəxsin 1 milyondan çox pul çevirdiyi təxmin edilir.

Oxucumuz onu da bildirdi ki, ömründə bu qədər dollar bağlaması və bir çanta manat görməyibmiş və o qara çanta gözünün qarşısından getmir.

Qaziler.az
Diaspora