Rusiyanın turizm gəlirləri məlum oldu

Rusiyanın turizm gəlirləri məlum oldu backend

Gəlirlərin 1.5 dəfə artdığı məlum olub

2023-cü ildə Rusiya Federasiyasında turizm sənayesinin gəlirlərinin nə qədər artdığı məlum olu.  Rusiya turizm sənayesinin gəlirləri 2019-cu il böhrandan əvvəlki illə müqayisədə 1,5 dəfə artıb.

QAZİLER.AZ  verdiyi məlumata görə, iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov bildirib ki, bu, təkcə ölkə daxilində turist axınının bərpasından deyil, həm də rusiyalıların xidmət səviyyəsinin yüksəlməsi səbəbindən tətilə daha çox pul xərcləməyə hazır olmasından xəbər verir.

O əlavə edib ki, artan tələbat fonunda şirkətlər infrastrukturun inkişafına fəal şəkildə sərmayə qoyurlar. 2022-ci ildə turizmə investisiyalar 36%, 2023-cü ilin ilk altı ayında isə 23% artıb. Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə mehmanxana nömrələrinin istifadəyə verilməsi 60% artıb. Nazir müavini qeyd edib ki, bu, biznesin tələbinə dəstək olduğunu göstərir.

 

QAZİLER.AZ

 

 

Diaspora