“Rublun məzənnəsinin növbəti zəifləməsi süni xarakter daşıyır və federal büdcə kəsiri ilə bağlıdır”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets “360”la söhbətində bildirib. Onun fikrincə, xarici siyasətin doğurduğu səbəblər Rusiya valyutasına güclü təsir göstərmir.
“Rubl ancaq ona görə bahalaşır ki, büdcəyə ehtiyac var. Yəni dolların məzənnəsinin 90 və ya 85 deyil, 100 rublu keçməsinin əsas səbəbi hökumətin pula ehtiyacı olmasıdır. Ona görə də kəsiri azaltmaq üçün məzənnə süni şəkildə bu səviyyədə saxlanılır”, - deyə Zubets bildirib.
QAZİLER.AZ