Səudiyyə Ərəbistanı neft hasilatını artıra bilər

Səudiyyə Ərəbistanı neft hasilatını artıra bilər backend

Karbohidrogen qiymətləri yüksək qalarsa, Səudiyyə Ərəbistanı neft hasilatını artıra bilər.

QAZİLER. AZ Publika.az-a istinadən verdiyi xəbərə görə, krallıq bu barədə ABŞ-a məlumat verib.

Nəşrin yazdığına görə, Ər-Riyadın bu addımı Səudiyyə Ərəbistanının İsraili tanıyacağı və ABŞ ilə müdafiə sazişini bərpa edəcəyi sazişə Konqresin dəstəyini qazanmaq məqsədi daşıyır. Qeyd edilir ki, saziş nüvə sahəsində də əməkdaşlığı nəzərdə tuta bilər.

Öz növbəsində Səudiyyə Ərəbistanı rəsmiləri qeyd ediblər ki, onlar neft hasilatının həcmi ilə bağlı məsələni bazarın vəziyyəti ilə əsaslandırmaq niyyətindədirlər və keçmiş danışıqlar neftin qiymətinin aşağı salınması ilə bağlı sazişin bağlanması cəhdi deyil.

 

 

Diaspora