Rusiya taxılını ən çox alan ölkələr açıqlanıb
Qaziler.az "Nyus.ru"ya istinadla xəbər verir ki, Taxıl İxracatçıları İttifaqının məlumatına görə, Misir 2023/24 kənd təsərrüfatı ilinin birinci rübündə Rusiya taxılının alış həcmində lider olub.
2023-cü ilin iyul ayının əvvəlindən sentyabr ayına qədər Misir Rusiyadan 2 milyon tondan çox taxıl idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur.
Rusiyadan taxıl idxal edən ilk beş ölkə arasında Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Liviya da var. İlkin məlumatlara görə, kənd təsərrüfatı mövsümünün ilk üç ayında Rusiya təxminən 18,18 milyon ton taxıl ixrac edib. Bu, ötən mövsümün müqayisəli həcmindən 61% çoxdur - 11,2 milyon ton.
QAZİLER.AZ