Sentyabrın 28-29-da Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının növbəti iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, iclasda sözügedən marşruta əlavə yük həcmlərinin cəlb edilməsi və xidmət keyfiyyətinin, o cümlədən yük əməliyyatlarının səmərəliliyinin artırılması ilə bağlı məhsuldar müzakirələr aparılıb. Eyni zamanda, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nizamnamə və üzvlük haqqında Əsasnamənin yeni versiyası yekdilliklə qəbul edilib.
![](https://img.qaziler.az/gallery/2023/09/146943_651732f2e2ebe.jpg)
![](https://img.qaziler.az/gallery/2023/09/146943_651732f2e3cb3.jpg)