Rusiya qazı Azərbaycandan Avropaya daxil olmur, bu yalnız Xəzərdəki resurslardır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi deyib.
"Bu, həcm məsələsidir. Rusiyadan Azərbaycana ixrac olunan qazın həcmi bizim Azərbaycandan idxal etdiyimizdən əhəmiyyətli dərəcədə azdır, buna görə bu tədarüklərdə rus qazı yoxdur", - T.Makfi qeyd edib.