Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 58,4 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 58,4 faizi sənaye və tikinti sahələrinə sərf olunub backend

Cari ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 39,7 faizi sənaye, 30,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,7 faizi tikinti sahələrinə sərf edilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, həmin dövrdə vəsaitin 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 1,3 faizi dövlət idarəetməsi və müdafiə, 1,2 faizi maliyyə və sığorta fəaliyyəti, 0,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi təhsil, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf olunub.

 

 

Diaspora