Azərbaycanda qeyri-rezidentlərə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu?

Azərbaycanda qeyri-rezidentlərə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? backend

Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qanunvericiliyin bu tələbini şərh edən iqtisadçı -ekspert Mahmud Abasquliyevin sözlərinə görə, Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyri-rezidentlərə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi tam əks olunub.

Belə ki, vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

 

 

Diaspora