Qlobal anlamda yaşanan koronavirus pandemiyası və bütün dünyaya təsir edən Rusiya-Ukrayna müharibəsindən sonra dünyanın inflyasiya xəritəsi çıxarılıb.
Əvvəlcə bütün planeti əhatə edən və milyonlarla insanın ölümünə səbəb olan koronavirus pandemiyası, sonra isə Avropanın mərkəzində başlayan Rusiya-Ukrayna müharibəsi təsiriz ötüşməyib.
Hər iki fəlakət ilk növbədə insan həyatına təsir etsə də, ölkələrin iqtisadiyyatını, dünya ticarət nizamını və beynəlxalq münasibətləri kökündən dəyişdirib.
Xüsusilə qlobal iqtisadi problemlər inflyasiyanın sürətlə artmasına səbəb olub.
Qaziler.az ölkələrin avqust ayı üçün inflyasiya göstəricilərini təqdim edir:
Argentina: 113 faiz
İngiltərə: 6,8 faiz
Hindistan: 7,4 faiz
Almaniya: 6,1 faiz
Avropa Birliyi: 6,1 faiz
Avstraliya: 6 faiz
Afrika Birliyi: 6,1 faiz
Rusiya: 5,2 faiz
Fransa: 4,8 faiz
Cənubi Afrika: 4,7 faiz
Kanada: 3,3 faiz
ABŞ: 3,2 faiz
Braziliya: 3,9 faiz
QAZİLER.AZ