Neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın tədarükün azaldılmasını ilin sonuna qədər uzatması və ABŞ səhmlərinin ucuzlaşmasından sonra həftəlik yüksəlişə keçib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, ABŞ xam nefti ötən gün 0,8 faiz ucuzlaşaraq bir barel üçün 86 dollar olub. Həftə ərzində ABŞ xam nefti təqribən 1 faiz artıb. Həftənin əvvəli bir barel üçün noyabr ayından bəri ən yüksək səviyyə olan 88 dollardan yuxarı qalxıb.
ABŞ-da məlumatlar ölkə üzrə xam neft ehtiyatlarının 6,3 milyon barel azalaraq dekabr ayından bəri ən aşağı səviyyəyə düşdüyünü göstərir. Benzin ehtiyatları da azalıb.