Beynəlxalq kredit reytinq agentliyi “Moody's” Türkiyə iqtisadiyyatının artım proqnozunu açıqlayıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, “Qlobal Makro Görünüş” 2023-2024 hesabatının avqust sayını dərc edən “Moody's” Türkiyə iqtisadiyyatının bu il 4,2 faiz, gələn il isə 3 faiz böyüməsinin gözləndiyini açıqlayıb. Keçən may ayında dərc edilən hesabatdakı proqnozda Türkiyə iqtisadiyyatının bu il 2,6 faiz, gələn il isə 2 faiz artacağı proqnozlaşdırılırdı.
Hesabatda 2023-cü ilin ilk altı ayında ABŞ, İngiltərə, Kanada, Fransa, Braziliya, Meksika, Hindistan və Türkiyə başda olmaqla bir çox ölkədə iqtisadi aktivliyin artacağı bildirilib.
Hesabatda Türkiyənin inflyasiya proqnozları da yer alıb. Buna uyğun olaraq, Türkiyədə ilin sonuna inflyasiyanın bu il yüzdə 51,2, gələn il isə yüzdə 48,7 olmasının gözləndiyi qeyd edilib.