Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib

Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib backend

“İxrac icmalı”nda qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub.

QAZİLER.AZ  AZƏRTAC-a  istinadla bildirir ki, yeddi ay üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olan şirkətlərə Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Mega Fruit Az” MMC, “My Fruit” MMC, “Almeyvə” MMC-lər daxildir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC-lər kimi şirkətlər təmsil olunurlar.

 

 

 

 

Diaspora