“Credit Suisse”in 2023 Qlobal Sərvət Hesabatı açıqlanıb. Hesabata görə, 2022-ci ildə dünyada milyonçuların sayının azaldığı müşahidə edilib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyədə 61 min nəfərin dollar milyonçusu olduğu üzə çıxıb.
Hesabatda Türkiyədə rəqəmlərə yenidən baxıldığı ifadə edilərək ümumi sərvətin 1,183 trilyon dollardan 1,041 trilyon dollara düşdüyü ifadə edilib.
Ölkədə ümumi sərvət 141 milyard azaldığı halda, sərvət məbləğində illik azalma 12 faiz təşkil edib. Türkiyə sərvətində ən çox proporsional azalma qeydə alınan dördüncü ölkə olub.
Lakin Rusiyada milyonerlərin sayı artıb. Hesabata görə, sanksiyaların təsirinə baxmayaraq, il ərzində Rusiyada milyonçuların sayı 56 nəfər artıb. Digər tərəfdən, dünyada milyonçuların sayı 3,5 milyon azalaraq təqribən 59,4 milyona düşüb.
Bundan əlavə, 2027-ci ilə qədər qlobal sərvətin 629 trilyon dollara çatacağı, milyonçuların sayının isə 60 milyondan 86 milyona yüksələcəyi gözlənilir.
QAZİLER.AZ