Cari ilin yanvar-iyun aylarında Salyan rayonunda 25 sənaye müəssisəsindən 21-i, yəni, 84 faizi, 15 fiziki şəxsdən 12-si, yəni, 80 faizi fəaliyyət göstərib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən verdiyi məlumata görə, cari ilin yarısında sənaye müəssisələrində hüquqi şəxslər, fiziki şəxslər və ev təsərrüfatları daxil olmaqla məhsul istehsalının və sənaye xarakterli xidmətlərin həcmi 51 milyon 569,9 min manat, ötən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi isə 110,6 faiz olub. Ümumi məhsul istehsalının 15,4 faizi dövlət sektoru, 84,6 faizi isə qeyri-dövlət sektoru təşkil edib. Hesabat dövründə ümumi məhsul istehsalının və göstərilmiş xidmətlərin 60,8 faizi mədənçıxarma sənayesinin, 26,2 faizi emal sənayesinin, 12 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşüb.