Builki mövsümdə Qaxda 37 min tondan çox taxıl istehsal edilib

Builki mövsümdə Qaxda 37 min tondan çox taxıl istehsal edilib backend

Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 12 min 412 hektar sahənin məhsulu biçilib, 37 min 177,4 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29,9 sentner təşkil edib.

QAZİLER.AZ   AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ötən ilin payızında rayonda 9 min 252 hektarı buğda, 4 min 70 hektarı arpa olmaqla, 13 min 322 hekrar sahədə taxıl əkilsə də, erkən yazda havanın uzun müddət quraq, qeyri-sabit keçməsi səbəbindən 910 hektar buğda sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən kampaniya dövründə həmin sahələrdə biçin aparılmayıb.

Sektor müdirinin sözlərinə görə, builki mövsümdə tədarük edilən taxılın 24 min 436,8 tonu buğda, 12 min 740,6 tonu isə arpadır. Buğda zəmilərində hər hektardan orta məhsuldarlıq 29,3 sentner, arpa sahələrində isə 31,3 sentner olub.

Rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb. Belə ki, builki mövsümdə aqroparkın arpa sahələrinin hər hektarından 36,2 sentner məhsul götürülüb. Rayonun Ləkit, Qaxingiloy, Güllük kəndlərinin ərazilərindəki təsərrüfatlarda da məhsuldarlıq yüksək olub.

 

 

Diaspora