Bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərə ümumilikdə 5,3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
“Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 260,0 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 260,0 milyon manata çatdırılması nəzərdə tutulub”, - deyə nazirlikdən bildirilib.