Naftalanda "Qaşaltı bağları"na baxış keçirilib

Naftalanda "Qaşaltı bağları"na baxış keçirilib backend

Naftalana səfər edən turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə "Qaşaltı bağları" adlı layihə çərçivəsində xüsusi istirahət məkanları yaradılır.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə BMT-nin İnkişaf Proqramı və Dövlət Turizm Agentliyi tərəfindən birgə icra olunan “Azərbaycan regionlarinda dayaniqli turizmin inkişafina dəstək” layihəsi çərçivəsində yaradılan iki bağa ilkin mərhələdə müxtəlif növ avadanlıqlar verilib.

Şəhər icra hakimiyyətinin başçısı, Gəncə Regional Turizm İdarəsinin rəisi, şəhər polis şöbəsinin rəisi və digər məsul şəxslər orada yaradılan şəraitlə tanış olub, bağlar üzrə nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparıblar.

Həmin bağlarda müxtəlif növ meyvə ağacları, bitkilər, arı ailələri mövcuddur. Bağlara istirahətə gələn turistlər oradakı meyvələrdən, təbii şəkildə hazırlanmış məhsullardan istifadə edə və alaraq özləri ilə apara biləcəklər.

 

 

 

Diaspora