Qırğızıstanda enerji sektorunu böhrandan çıxarmaq üçün 3,5 il müddətinə fövqəladə vəziyyət elan edilib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov fərman imzalayıb.
Japarov enerji sektorunda fövqəladə vəziyyətin elan edilməsi üçün iqlim dəyişikliyi, çaylarda suyun azalması, enerji istehlakının sürətli artımı və gücün çatışmazlığını əsas göstərib.
Enerji sektorunda fövqəladə vəziyyət 2023-cü il avqustun 1-dən 2026-cı il dekabrın 31-dək qüvvədə olacaq və bütün məsuliyyət energetika nazirinin üzərinə düşür.
QAZİLER.AZ