2023-cü ilin yanvar-iyun aylarında iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 60 milyon 449,7 min manat məbləğində vəsait yönəldilib. Vəsaitin 88,2 faizi və ya 53 milyon 333,2 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki il ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 2,2 dəfə, tikinti-quraşdırma işlərinə sərf edilən vəsait isə 2,5 dəfə çox olub.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən görə, dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 56 milyon 818,9 min manat, qeyri-dövlət müəssisələri isə 3 milyon 630,8 min manat vəsait sərf ediblər.
İstehsal təyinatlı obyektlərinin inşasında 48 milyon 393,8 min manat, xidmət və sosial sahələri üzrə obyektlərin tikintisində 12 milyon 055,9 min manatlıq vəsaitdən istifadə edilib.
2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitin 51,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə, 26,5 faizi sənaye sahəsinə, 0,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsinə, 16,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahəsinə, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsinə və 4,8 faizi xidmət və sosial sahələrdə olan obyektlərin tikintisinə sərf edilib.