Türkiyə valyutası taxıl müqaviləsi ətrafında yaranmış vəziyyət fonunda dollar və avro qarşısında dəyər itirməyə başlayıb və bazar ertəsi tarixi minimumunu yeniləyib.
Ticarət məlumatlarına görə, sessiya ərzində türk lirəsi 1 dollar üçün 26,37 lirə həddinə çatıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Mərkəzi Bankı əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb, daha sərt pul siyasəti yürüdəcəyini vəd edib.
