Bu ilin ilk beş ayında Çin avtomobil istehsalçıları Rusiyaya digər ölkələrlə müqayisədə daha çox avtomobil ixrac edib.
Qaziler.az xatırladıq ki, Ukraynaya hücumu səbəbiylə sanksiyaların mərkəzində olan Rusiyada bir çox avtomobil istehsalçısı satışı dayandırmaq qərarına gəlib. Ölkəyə qarşı tətbiq edilən sanksiya tədbirləri çərçivəsində təkcə zavodlar bağlanmadı, bir çox Qərb avtomobil markası da Rusiyadakı satış və marketinq fəaliyyətlərini dayandırıb.
Belə ki, yanvar-may aylarında Çin Rusiyaya ümumilikdə 287 min tamamlanmış və istifadəyə hazır avtomobil göndərib. 2022-ci ildə Çin Rusiyaya ümumilikdə 162 min avtomobil ixrac edib.
“Chery”, “Geely” və “Great Wall” kimi dövlət markaları Rusiyada ən məşhur Çin avtomobil istehsalçılarıdır.
Bu markaların ixrac etdiyi avtomobillər bu ilin birinci yarısında yeni avtomobil satışlarının üçdə birini təşkil edir.
QAZİLER.AZ