Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb.
Qaziler.az bildirir ki, bunu iqtisadi ekspert Vüqar Bayramov öz feysbuk hesabında yazıb.
"Son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub", - deyə bildirən millət vəkili rublu gözləyən nəticələrin proqnozunu da verib:.
"Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur.
Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır".
Rublun ucuzlaşmasının manata təsirləri məsələsinə toxunan V.Bayramovun sözlərinə görə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir.
QAZİLER.AZ