“Brent” markalı neftin qiyməti iyunun 5-dən bəri ilk dəfə bir barel üçün 78 dollara qalxıb.
QAZİLER.AZ Trend--ə istinadən verdiyi məlumata görə, Londonun ICE birjasındakı son ticarət əməliyyatlarında (Bakı vaxtı ilə saat 21:30-a olan məlumata əsasən) “Brent” markalı neftin qiyməti iyunun 5-dən bəri ilk dəfə bir barel üçün 2 faiz artaraq 78,04 dollara yüksəlib.
Eyni zamanda, WTI markalı xam neftin avqust fyuçersləri 1,83 faiz bahalaşaraq bir barel üçün 73,37 dollar olub.