Rusiyada dollar qəfil bahalaşdı

Rusiyada dollar qəfil bahalaşdı backend

Moskva birjasının məlumatına görə, dolların məzənnəsi 2022-ci il martın 29-dan bəri ilk dəfə olaraq 88 rublu ötüb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, Moskva vaxtı ilə saat 9:16-da dollar 0,53 faiz artaraq 88,03 rubla yüksəlib.

İyunun 29-da dolların məzənnəsi 87 rublu ötüb. Avro da 95,05 rubla, yuan 10:58 bahalaşaraq 12,03 rubla çatıb.

İqtisad elmləri namizədi Mixail Belyayev izah edib ki, dolların məzənnəsinin dəyişməsi informasiya sahəsində baş verənlər və ölkədəki daxili siyasi vəziyyətlə bağlıdır.

 

 

Diaspora