Ermənistanda “Şell” ticarət markasının ilk yanacaqdoldurma məntəqəsi açılıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yanacaqdoldurma məntəqəsinin açılışında iştirak edib.
“Şell”in Ermənistandakı qanuni nümayəndəsi “Royal Oyl” MMC-dir. Bildirilib ki, 5 illik strategiya çərçivəsində Ermənistanın müxtəlif yerlərində 25 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.
Qeyd edək ki, Britaniya-Niderland şirkəti olan “Şell” dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir.