SOCAR İtaliyanın “Snam“ şirkəti ilə memorandum imzaladı

SOCAR İtaliyanın “Snam“ şirkəti ilə memorandum imzaladı backend

Bu gün Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliyanın "Snam" şirkətinin baş icraçı direktoru Karlo Malakarne arasında görüş keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, səmimilik və əməkdaşlıq ab-havasında keçən görüşdə Avropaya qaz təchizatının diversifikasiyası və təhlükəsiziliyinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan da və digər istehsalçı ölkələrdə hasil olunan təbii qazın İtaliya infrastrukturları vasitəsilə Avropa bazarlarına nəqli üçün lazım olan qurğuların tikintisi və istismarı sahəsində SOCAR və "Snam" şirkətlərinin təcrübə mübadiləsinin mümkünlüyü müzakirə olunub.

Görüş zamanı Avropaya qaz axınının yeni əsas marşrutu kimi Cənub Qaz Dəhlizinin inkişafı üçün irəli sürülən təşəbbüslərin qiymətləndirilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum gələcəkdə informasiya mübadiləsi və daha dərindən qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün əsas yaradır.
Diaspora