Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb backend

İyunun 27-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 76,47 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 74,86 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,73 dollar ucuzlaşaraq 51,81 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 27-də 0,76 dollar ucuzlaşaraq 72,79 dollar olub.

 

 

 

 

Diaspora