Yaxın 4 ildə neftin qiyməti 50 dollar səviyyəsində olacaq - PROQNOZ

Yaxın 4 ildə neftin qiyməti 50 dollar səviyyəsində olacaq - PROQNOZ backend

Azərbaycan hökuməti qarşıdakı 4 ildə dünya bazarında neftin 1 barrelinin qiymətini 50 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. “APA-Economics”in məlumatına görə, bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əks olunub.

Sənəddə 2016-2019-cu illər ərzində qara qızılın baza qiymətinin bu səviyyədə qalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 dollar götürülüb.
Diaspora