Türkiyədə çay ixracatı bu ilin 5 ayında əvvəlki illərin eyni dövrü ilə müqayisədə 52 artaraq cəmi 14 milyon 890 min 518 dollara çatıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Şərqi Qara Dəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədr müavini və Çay Sektoru Komitəsinin sədri Şaban Turqut açıqlayıb. O bildirib ki, yanvar-may ayları arasında Türkiyədən 103 ölkəyə, muxtar və azad zonalara çay satılıb.
3 min 114 ton çay ixracından 14 milyon 890 min 518 dollar gəlir əldə edildiyini bildirən Turqut çayın ən çox ixrac edilən 3 ölkə - Belçika, ABŞ və Böyük Britaniya olduğunu qeyd edib.
İxracatın artması ilə paralel olaraq ölkələrin müxtəlifliyinin də artdığını bildirən Turqut, bu dövrdə Əlcəzair, Slovakiya, Meksika, İspaniya, İtaliya, Panama, Qabon, Malayziya, Yeni Zelandiya, İndoneziya, Portuqaliya, Anqola, Dominikan Respublikası, Toqo, Ruanda və Polşaya da çay satıldığını deyib.
O, həmçinin vurğulayıb ki, son zamanlar dünyanın hər yerindən gələn turistlərin "ÇayKur"u dadması, çay ixracına böyük təsir göstərib.
QAZİLER.AZ