Bu il Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayı açıqlanıb

Bu il Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayı açıqlanıb backend

“Bu il Azərbaycandan Türkiyəyə 1,8 milyon turistin gələcəyi gözlənilir”.

Qaziler.az xəbər verir ki, bunu Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) prezidenti Müberra Eresin açıqlayıb. O, Bakıda keçirilən seminarda bildirib ki, Azərbaycan Türkiyənin ən böyük turizm bazarlarından birinə çevrilmək yolundadır.

“Ötən il Azərbaycandan Türkiyəyə təxminən 700 min nəfər turistik məqsədlə gəldiyi halda, qarşılıqlı turizm axını pandemiyadan əvvəlki dövrə qayıdıb. İki ölkə arasındakı turizm həcminin qısa müddətdə 1,8 milyon turistə çatacağı gözlənilir”, - Müberra Eresin deyib.

QAZİLER.AZ

Diaspora