Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına qonaq qismində qatılan Azərbaycan bundan sonra da müstəqil xarici iqtisadi siyasətini davam etdirəcək.
Qaziler.az bildirir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz feysbuk hesabında yazıb.
"Bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycanın bu toplantıda qonaq statusu ilə iştirak etməsi ölkəmizin bu təşkilata üzvlüyünün müzakirə mövzusu olması anlamına gəlməməlidir. Azərbaycanda bu günki tədbirə yalnız və yalnız qonaq kimi qatılırdı.
Azərbaycan bundan sonra da müstəqil xarici iqtisadi siyasətini davam etdirəcək. Bununla belə, Ermənistan istisna olunmaqla ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzv ölkələri ilə dərin iqtisadi əlaqələri var və ötən il iki tərəfli ticarət dövriyyəsi 5.0 milyard dollardan çox olub. 3.1 milyard dollar dövriyyə ilə Rusiya Azərbaycanın ən böyük idxalat tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olaraq 1/3 paya malikdir. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa dövlətləri olaraq qalır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur", - deyə yazıb..
Azərbaycanın həm Şərq-Qərb, həm də Şiman-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirdiyini vurğulayan V.Bayramovun fikrincə, bu, ölkəmiz üçün qeyri-neft daxil olmaları baxımdan vacibdir; "Bu kontekstdən, şimal dövlətlər ilə müstəqil iqtisadi əməkdaşlıq sadəcə xarici ticarət dövriyyəsinin genişləndirilməsi deyil, həmçinin beynəlxalq yük daşımaların həcminin artırılması baxımdan da vacibdir".
QAZİLER.AZ