Dollar bahalaşdı, avro və rubl ucuzlaşmağa başladı - RƏSMİ KURSLAR AÇIQLANDI

Dollar bahalaşdı, avro və rubl ucuzlaşmağa başladı - RƏSMİ KURSLAR AÇIQLANDI backend

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ötən həftənin sonu manat qarşısında dəyər itirən dollar yeni həftəyə yüksəlişlə başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1.0476 manat olaraq müəyyənləşdirib.

Həftəsonu bahalaşmaqda olan avronun məzənnəsi isə düşməyə başlayıb. Hazırda 1 avro 1.1858 manatdır.

Son bir ayda dəyəri ən yüksək həddə çatan Rusiya rublu yeni həftədə mövqeyini qoruya bilməyib. Mərkəzi Bank 1000 Rusiya rublunun qiymətini 15 manat 80 qəpik olaraq müəyyən edib.

Xatırladaq ki, Mərkəzi Bank yeni valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Bu həftə Qurban bayramı ilə əlaqədar təqvimdə qeyri-iş günləri olduğuna görə Mərkəzi Bank məzənnələri üç dəfə açıqlayacaq.


Diaspora