Həmrəylik halqası" 2026-cı ilin sonuna kimi reallaşdırıla bilər

Həmrəylik halqası" 2026-cı ilin sonuna kimi reallaşdırıla bilər backend

"Həmrəylik halqası" təşəbbüsü Aİ-nin lazımi maliyyə dəstəyi ilə 2026-cı ilin sonuna kimi reallaşdırıla bilər.

QAZİLER.AZ   Trend -ə istinadən bildirir ki, bu barədə Sofiyada aprelin 25-də bu təşəbbüslə bağlı anlaşma memorandumunun imzalanması zamanı tərəflərdən biri olan Macarıstanın "FGSZ" şirkətindən məlumat verilib.

"REPower EU" planı və Aİ-Azərbaycan Strateji Əməkdaşlıq Razılaşması kimi Aİ-nin enerji prioritetlərinə də uyğun gələn birgə təşəbbüs 2022-ci ilin sentyabrında dörd ötürücü sistem operatoru tərəfindən elan edilib və Avropa Komissiyasına təqdim edilib. Təşəbbüs Avropa Komissiyasının prezidenti və Avropa Komissiyasının Enerji üzrə Baş İdarəsi (DG ENER) tərəfindən nəzərdən keçirilib və dəstəklənib", - deyə şirkətin məlumatında bildirilir.

Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), "FGSZ" (Macarıstan), "Eustream" (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub.

Qeyd edək ki, Anlaşma Memorandumu dörd qaz ötürücü sisteminin operatoru ilə SOCAR arasında Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik halqası” adlanan təkmilləşdirilmiş qaz ötürücü sistemlər şəbəkəsi vasitəsilə həyata keçiriləcək

 

 

Diaspora