Son zamanlar aparıcı kriptovalyuta olan “Bitcoin” başda olmaqla bazarda çökmə müşahidə olunur. Bəziləri bunu alış fürsəti kimi qiymətləndirsə də, bəzi analitiklər qarşıdakı dövrdə çöküşün daha da şiddətlənəcəyini deyirlər.
GWI araşdırma firmasının məlumatlarına görə, kriptovalyutalara ən çox investisiya edən internet istifadəçiləri Türkiyədədir. 27,1 faizlə birinci olan Türkiyəni 23,5 faizlə Argentina izləyir.
Digər tərəfdən, kriptovalyuta sahibliyində dünya ortalaması 11,9 faizdir. Bu məlumatlara əsasən, Türkiyə kriptovalyutalara sahiblik baxımından dünya ortalamasından xeyli yuxarıdır.
Kriptovalyuta pullarına sərmayə qoyan ölkələr arasında Türkiyədən sonra müvafiq olaraq Argentina, Filippin və Tayland kimi ölkələr gəlir.
QAZİLER.AZ