Artıq yağışlı və küləkli günlərin üstünlük təşkil etdiyi payız-qış mövsümünü yaşayırıq. Birazdan işığa, qaza tələbat daha da artacaq, binaların isitmə sistemlərinin sualı gündəmə gələcək. Keçən il payız-qış mövsümündə yolların qardan təmizlənməsindən tutmuş, kommunal sahədə müəyyən problemlər yaşanıb. Güclü küləklər elektrik xəttlərinin qırılmasına səbəb olub.
Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) adlandırılıb. İndi "Azərişıq" bütün Azərbaycanı elektrik enerjisi ilə təmin olunmasına cavabdehlik daşıyır.“Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə qurum yeni işinə məsuliyyətlə yanaşır.
ANS PRESS-ə açılamasında Tanrıverdi Mustafayev bildirib ki "Azərişıq" bir ay ərzində respublikada enerji təsərüffatının vəziyyətini öyrənib.
“Təstiq edilən reabilitasiya proqramı əsasında 100 mindən artıq istismar müddətini başa vurmuş taxta dayaqlar dəmirbeton dirəklərlə, çürümüş transformator məntəqələri yeniləri ilə əvəz olunub. Regionlarda 700-ə yaxın kompleks transformator məntəqələri abonetlərin istifadəsinə verilib.”
Mətbuat rəhbəri deyir ki, bundan sonra da proqram əsasında ilin sonuna qədər 700 belə kompleks transformator məntəqələrinin quraşdırılması nəzərdə tutulur.
Həmçinin qurum rəsmisi payız-qış mövsümündə abonentlərin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsi məqsədi ilə 110 və 33 kv-luq yarımstansiyaların inşasına başlanıldığını bildirib.
“Azərişıq” ASC-nin əməkdəşları tərəfindən keçən il payız-qış mövsümündə baş verən problemlərin təkrarlanmaması üçün 20 min km calaq elektrik xətləri güclü küləyə və yağışa davamlı xəttlərlə əvəz olunub və hər bir abonentin mənzilinə qədər olan xəttlərində təftişi həyata keçirilib.
Amma əhalinin kommunal problemləri təkcə işıqla bitmir. Keçən illər payız-qış aylarında sakinləri narahat edən problemlərdən biri yağışlı və qarlı günlərdə yollarda kanalizasiya sisitemində yaranan problemlər ilə bağlı idi.
"Azərsu" ASC-də söz verirlər ki bu il belə problemlərin qarşısı alınacaq. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı bildirir ki, bu mövsüm anajoji halların yaşanmaması üçün yollarda 4959 ədəd yağış barmaqlıqları təmizlənib.
“Bu mösümünə hazırlıq işləri çərçivəsində həmçinin 283 km uzunluğunda təsarüfat məişət kalalizasiya xəttlərinində profilaktik təmizlik işləri aparılıb və xüsüsi maşınlar vasitəsi ilə təmizlənib. 17 mindən artır kalalizasiya xəttinə baxış keçirilib. Bu ilin ötən dövründə 11.7 km yağış şəbəkəsinin istismara yararsız olub-olmaması ilə bağlı yoxlamalara aparılıb”.
Amma çox keçmədi ki, yağan yağış paytaxtın kanalizasiya sistemində hələ də problerin olduğunu aşkara çıxartdı.
Bu il qışın qayğısız keçməsində “Azəriyolserivis” ASC-nin də rolu böyük olmalıdır. Ötən illər bu fəsilin qarlı və yağışlı günlərində şəhər sakinlərini və sürücüləri yolların təmizliyi narahat edib.
“Azəriyolserivis”dən ANS PRESS-ə verilən məlumata görə 2015-2016-cı illər payız-qış mövsümündə avtomobil yolları, yol qurğularından istifadə və hərəkətin fasiləsisiz təmin edilməsi məqsədi ilə Nəqliyat Nazirliyi “Azəriyolserivis” ASC-nin mərkəzi aparatında qərargah yaradılır.
Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin deyir ki, bu il yağacaq qar zamanı sakinlərin və sürücülərin rahat hərəkəti üçün qum və duz ehtiyatı artıq toplanıb. “Yeni mövsümə hazlırlıqla əlaqədar yol nişanlarını və yol infirastrukturunun yaxşılaşdırılması məqsədi ilə avtomobil yollarına bağış keçirilib. Texniki duz, qum, yanacaq ehtiyyatı toplanıb və işçilər xüsusi geyim formaları ilə təmin olunub”.
Paytaxtda bəzi qurumlar isə artıq qış rejiminə keçib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sentyabrın 15-dən qış rejiminə keçdiyini elan edib.
Metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında bildirib ki, yeni rejimlə əlaqədar qatarların sayında və intervallarda dəyişiklik olub. "Qış rejiminə keçdikdən sonra 24 cüt qatar əvəzinə 30 cüt qatar xəttə buraxılacaq. Sıxlığı nəzərə alaraq intervallar da azaldıdılıb”.
Dərs ilinin başlanması ilə yaranacaq sıxlıqla bağlı təhlükəsizlik tədbirlərinə gəldikdə isə,Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsindən bildirildi ki, əgər ehtiyac yaranarsa, metrostansiyalarda polislərin sayı artırıla bilər. "Metro istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər polis fəaliyyət göstərir. Lakin əgər gələcəkdə ehtiyac yaranarsa, əlavə tədbirlər görülə bilər", - qurumun açıqlamasında belə deyilir.