Transanadolu qaz kəmərinin (TANAP) tikinti işləri uğurla davam edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb: "400 kilometr boru istehsalçı tərəfindən TANAP-a verilib və onlar tikinti yerinə göndərilib. Bir neçə lot üzrə qaynaq işləri başlayıb.
R.Abdullayev qeyd edib ki, işlər qrafikə uyğun aparılır və hətta onu qabaqlayır.