Azərbaycanda bəzi məhsulların standartı Avropa və Rusiyalaşdırıldı. Trend-in məlumatına görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının qərarı ilə beynəlxalq, Avropa və Rusiya Federasiyasının milli standartları əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilib.
1.1. AZS 810-2015 (CODEX STAN 310-2013) “Nar”1.2. AZS 837-2015 (CODEX STAN 152-1985) “Buğda unu”
1.3. AZS 838-2015 (CODEX STAN 33-1981) “Zeytun yağları və cecələrdən sıxılmış zeytun yağları”
1.4. AZS 839-2015 (CODEX STAN 87-1981) “Şokolad və şokolad məhsulları”
1.5. AZS 840-2015 (CODEX STAN 279-1981) “Kərə yağı”
1.6. AZS 841-2015 (CAC/MRL-2-2015) “Yeyinti məhsullarında baytarlıq preparatlarının qalıqlarına dair yol verilən maksimum konsentrasiyalar (YKM) və risklərin idarəedilməsi üzrə tövsiyyələr”
1.7. AZS 842-2015 (CAC/RCP1-2015) “Qida gigiyenasının ümumi prinsipləri-tövsiyyə edilən beynəlxalq təcrübə kodeksi”
1.8. AZS 843-2015 (ГОСТ Р 51074-2003 ) “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər”
1.9. AZS 844-2015 (ГОСТ Р 52844-2007) “Alkoqolsuz tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər”
1.10. AZS 845-2015 (ГОСТ Р 52845-2007) “Az alkoqollu tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər”
1.11. AZS 846-2015 (EN 494:2012) “Profillənmiş fibrosement lövhələr və fitinqlər-Məhsulun spesifikasiyası və sınaq metodları”
1.12. AZS 847-2015 (EN 12467: 2012) “Düz fibrosement lövhələr-Məhsulun spesifikasiyası və sınaq metodları”